Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.
İngiltərə təmsilçilərindən "Liverpul" evdə Portuqaliya "Benfika"sını qəbul edəcək. Mersisayd təmsilçisi ilk oyunda rəqibini 3:1 hesabıyla məğlub edib.
Gecənin digər görüşü Madriddə baş tutacaq. "Atletiko" doğma meydanda İngiltərənin "Mançester Siti" komandasını qəbul edəcək. Tərəflər arasındakı ilk matçda "şəhərlilər" 1:0 hesablı qələbə qazanıb.
Çempionlar Liqasında dünənki matçlardan sonra İspaniya təmsilçiləri "Real" və "Vilyarreal" yarımfinala vəsiqə qazanıb.
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
13 aprel
23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya)
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun - 3:1
23:00. "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun - 0:1
