Ukraynalı məşqçi Viktor Tkaçuk Rusiya ilə müharibədə həlak olub.
Sportal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Mariupolda öldürülüb.
Əhaliyə yardım etmək məqsədi ilə şəhəri tərk etməyən Tkaçuk rusiyalı əsgərlərin snayper gülləsinə tuş gəlib. Qonşuları onu yaşadığı evin həyətində dəfn ediblər.
Tkaçuk Donetsk “Şaxtyor”unun akademiyasında işləyib.
