Paytaxt klubunun futbolçusu harada əməliyyat olunacaq?

14:16 - 13 Aprel 2022

Bir müddət əvvəl zədələnən Yurgen Hoca əməliyyat ediləcək.

Sportal.az saytına açıqlama verən albaniyalı menisk nahiyyəsindən əməliyyata ehtiyac duyulduğunu söyləyib. O, hələ ki, harada əməliyyat olunacağına qərar verilmədiyini bildirib:

"Bəli, əməliyyata ehtiyac var. 2-3 gündən sonra hansı ölkədə əməliyyat olunacağım dəqiqləşəcək. Türkiyə də ola bilər, Albaniya da. İnanın, indi heç bir məlumatım yoxdu. Yaxın günlərdə dəqiqləşəcək".

Xatırladaq ki, albaniyalı legioner Premyer Liqanın 19-cu turunun "Keşlə" (0:3) ilə matçında zədələnərək oyunu yarımçıq tərk etmişdi.

Xəbər xətti