"Beşiktaş" və Türkiyə millisinin müdafiəçisi Rıdvan Ylımaz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, o, "Lester"in transfer etmək istədiyi futbolçulardandı. İngilislər 20 yaşlı müdafiəçi üçün "Beşiktaş"a 9,5 milyon avro təklif edib. "Torino" və "Ştutqart"ın da maraq dairəsində olan Rıdvanın "Lester"ə keçidə maraqlı olduğu bildirilir.
