Taylandda “Kamphenqphet” klubunda çıxış edən Məmməd Quliyev Azərbaycana qayıdıb.
Sportal.az saytına bu barədə futbolçu özü məlumat verib. Onun yenidən Taylandda qayıdıb-qayıtmayacağı hələ ki, dəqiq deyil. O, bu barədə qısaca bunları deyib:
“Artıq Bakıya qayıtmışam. Allah qoysa, gələn ay qayıdacam Taylanda. İndi fasilədi, komandalar iyunda danışıqlara başlayacaq. Həmin vaxtı bir şey bilinəcək”.
