"Borussiya"nın futbolçusu Erlinq Haaland karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, norveçli hücumçu "Mançester Sİti" ilə razılıq əldə edib. Jurnalist Canluka Di Marzionun yazdığına görə, "şəhərlilər" forvardın müqaviləsindəki 75 milyonluq sərbəstqalma məbləğini və 70 milyon avroluq menecer xərcini ödəyəcək.
Premyer Liqa klubu Haalanda illik 30 milyon avro maaş ödəyəcək.
