UEFA "Fənərbaxça"nın cəzasını açıqladı

21:02 - 5 Avqust 2022

UEFA Kiyev "Dinamo"su ilə matçda baş verənlərə görə Türkiyənin "Fənərbaxça" klubunu cəzalandırıb. 


Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin avrokuboklarda növbəti ev oyununda 5000 oturacaq boş qalmalıdır. Bundan əlavə "sarı-lacivərtlilər" 50 min avro məbləğində cərimə edilib.


Qeyd edək Çempionlar Liqası II təsnifat mərhələsinin "Fənərbaxça" - Dinamo" görüşündə Ukrayna klubunun qələbə qolundan sonra ev sahiblərinin azarkeşləri "Vladimir Putin" şüarları səsləndirmişdi.

Xəbər xətti