Çerçesov: "Qarabağ" təhlükəli hücumlar edir və boşluqlardan ildırım sürəti ilə yararlanır"

12:58 - 6 Avqust 2022

"Ferentsvaroş"un baş məşqçisi Stanislan Çerçesov Çempionlar Liqası III təsnifat mərhələsinin "Qarabağ"la keçirdikləri ilk oyunu (1:1) haqda danışıb.

 

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:1 hesablı heç-heçənin pis nəticə olmadığını deyib:

 

"İlk matçın nəticəsi pis deyil, 1:1 hesabı o deməkdir ki, irəliləmək üçün yaxşı şansımız var və bunu etmək istəyirik. Rəqib qapısı önündə daha qətiyyətli və dəqiq olmalıyıq. Müdafiədə səhv etmək olmaz. Çünki Bakıdakı matçda gördük ki, “Qarabağ” təhlükəli hücumlar edir və boşluqlardan ildırım sürəti ilə yararlanır.

 

Cavab görüşünə mümkün qədər yaxşı hazırlaşmaq üçün əlimizdən gələni edəcəyik. “Qrupama Arena”da dolu tribunalar önündə, fantastik azarkeşlərimizin köməyi ilə növbəti mərhələyə adlamaq üçün mübarizə aparacağıq".

 

Qeyd edək ki, "Qarabağ"ın "Ferentsvaroş"la cavab oyunu 9 avqust tarixində, Bakı vaxtilə saat 22:00-da "Qroupama Arena"da baş tutacaq.

Xəbər xətti