Dadaşov assist etdi, komandası qazandı - VİDEO

10:16 - 7 Avqust 2022

İsveçrə Superliqasında 4-cü turun matçları start götürüb.

Sportal.az xəbər verir ki, milli komandamızın forvardı Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" "Sankt-Qallen"i qonaq edib. Görüş Dadaşovun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydana start heyətində çıxan Renat 90-cı dəqiqədə əvəzlənib. Forvard 45+2-ci dəqiqədə assistlə yadda qalıb.

"Qrasshopper" hazırda 7 xalla 3-cü pillədədi.
 

Xəbər xətti