Əliyar Ağayev Konfrans Liqasının oyununu idarə edəcək

11:58 - 7 Avqust 2022

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, Ağayev Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Styau" (Rumıniya) - "Dunayska Streda" (Slovakiya) cavab görüşünü idarə edəcək.

Zeynal Zeynalov və Akif Əmirəli Ağayevə kömək edəcək.

Dördüncü hakim isə Elçin Məsiyevdi. 

Həmin matç avqustun 11-də oynanılacaq. 

Xəbər xətti