Portuqaliya klubunun məşqçisi "Qarabağ"ın yeni transferi haqda: "Əla fiziki göstəricilərə malikdi, birəbirdə çox yaxşıdı"

13:38 - 7 Avqust 2022

"Julio Romaonun çıxışını indi də izləyirəm. Dünən Premyer Liqanın ilk turunda meydana start heyətində çıxdığından da xəbərdaram. Portuqaliyadan ayrılmamışdan qabaq ona Azərbaycan və “Qarabağ” haqda danışmışdım. Özü də çox istəyirdi bu kluba keçməyi. Onun "Qarabağ"da uğurlu çıxış edəcəyinə inanıram".

Bu sözləri Sportal.az saytına açıqlamasında Danildo Assioli deyib.

Hazırda "Santa-Klara"da məşqçilər korpusunda yer almış braziliyalı mütəxəssis "Qarabağ"ın yeni transferi barədə danışıb. İki il Portuqaliya klubunda Romaonun məşqçisi olmuş Danildo yarımmüdafiəçi haqda fikirlərini bildirib:

"​Qarabağ" hər bir futbolçunun oynamaq istədiyi komandadı. Romao çox maraqlı xüsusiyyətlərə malik futbolçudu. Əla fiziki göstəricilərə malikdi, yaxşı oyun intizamı var. "Santa-Klara"da da yaxşı idi, sadəcə zədələndiyinə görə komandadan uzaq qalmışdı. Birəbirdə Romao çox yaxşıdı. Təvazökar, daim öyrənmək istəyən, iddialı insandı. Ona “Qarabağ”da da uğurlar arzulayıram. "Ferentsvaroş" və dünənki çempionat matçında da meydana çıxıb. Ümidvaram ki, "Qarabağ"da ən yaxşılardan olacaq".

Xatırladaq ki, Danildo Assioli Azərbaycanda "İnter" klubunda 2008-2012-ci illərdə oynayıb. 

Xəbər xətti