Premyer Liqa təmsilçisi "Everton" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, İngiltərə klubu Ben Qodfrini itirib.
Belə ki, ingilis futbolçunun ilk turun "Çelsi" ilə oyununda (0:1) ayağı sınıb.
Qodfri bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
İngiltərə millisinin üzvü 2020-ci ildən "Everton"da çıxış edir.
