Azərbaycanın stolüstü tennisçisi Emin Məmmədov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk görüşündən qalibiyyətlə ayrılıb.
Sportal.az xəbər verir ki, Qazaxıstan idmançısı Akimali Bakdauletə qarşılaşan Məmmədov rəqibinə 3:0 qalib gəlib. Eminin 1/16 finaldakı rəqibi Maldiv idmançısı Məhəmməd Şəffan İsmayıl olacaq.
Adil Əhmədzadənin rəqibi isə oyuna çıxmadığına görə o, birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Bu gün Zemfira Mikayılova və Ləman Əbdülhəmidova da mübarizəyə başlayacaq.
