"Barselona"nın qapıçısı İngiltərə klubunda

16:19 - 7 Avqust 2022

"Bornmut" "Barselona"nun qapıçısı Netonu heyətinə qatıb.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.

O, İngiltərə klubuna azad agent kimi keçib.

Braziliyalı 2019-cu ildə "Valensiya"dan "Barselona"ya transfer olmuşdu.

Xəbər xətti