Türkiyənin Konya şəhərində davam edən 5-ci İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə millimiz çıxışına başlayıb.
Sportal.az xəbər verir ki, qızlardan ibarət həndbol üzrə Azərbaycan millisi ilk oyununa çıxıb.
Millimiz Kamerunla oynamalı idi. Amma yığmamızın rəqibi matça çıxmadığına görə millimizə texniki qələbə verilib.
