Legioner həyatı yaşayan yarımmüdafiəçi: "Azərbaycandan da təkflilərim var"

18:19 - 23 İyun 2023

Latviyada legioner həyatı yaşayan Nazim Həsənzadə əməliyyat edilib. Sportal.az xəbər verir ki, "Dauqavpils" formasını geyinən yarımmüdafiəçi əməliyyatını Bakıda keçirib. Saytımıza açıqlama verən 20 yaşlı yarımmüdafiəçi Latviyaya bir aydan sonra qayıdacaq: "Bakıda yüngül əməliyyat edildim. Ayağımda yırtıq var idi deyə, əməliyyat olunmağa məcbur qaldım. Ayyarım Bakıda olacam. Artıq bərpa məşqlərinə başlamışam, 15-20 gündən sonra meydanlara qayıdacam".

Həsənzadə Latviyaya qayıdıb-qayıtmayacağına hələ ki, qərar vermədiyini söyləyib: "Dauqavpils" geri qayıtmağımı istəyir. Amma Azərbaycandan da təkliflərim var. Yaxın zamanlarda Latviyaya qayıdıb-qayıtmayacağım dəqiqləşəcək".

“Qəbələ”, “Sabah” və “Turan Tovuz”da oynamış Nazimin “Dauqavpils”lə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.

Mirbağırağa
 

Xəbər xətti