Daha bir ulduz futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, ərəblərin bu dəfəki hədəfi "Mançester Siti"də çıxış edən Bernardo Silvadır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlı olan klub "Əl Hilal"dır. Asiya təmsilçisi 28 yaşlı vingerə illik 75 milyon avro maaş təklif edib.
Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib. Portuqaliya millisinin üzvü son mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 55 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi