Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynov formasını geyindiyi "Arda"nın baş məşqçisi Aleksandar Tunçev Sportal.az saytına müsahibə verib. Bolqarıstanlı mütəxəssis azərbaycanlı futbolçunun Kırcaali təmsilçisinin əsas heyət üzvü olmaq şanslarından danışıb.
- "Arda" Cəlal Hüseynovu rəsmi şəkildə transfer etdiyini açıqlandı. Bu keçid haqda fikriniz necədir?
- Bəli, transferi reallaşdırmışıq və Cəlal artıq düşərgəmizdədir. Bu keçidin baş tutmasına görə şadıq. Cəlal yaxşı təcrübəsi olan gənc futbolçudur. Onun gələcəyi parlaqdır. Haqqında ancaq pozitiv düşünürəm.
- Neçə vaxtdır ki, onu izləyirdiniz? Yeri gəlmişkən, hansı matçda görmüşdünüz Cəlalı?
- Düzünü deyim, bu, uzun zaman əvvəl olmayıb. Onu bir müddət əvvəl görmüşdük. Elə son oynadığı komandadakı çıxışını görmüşdük. Ondan sonra Cəlalı transfer etmək haqda düşündük.
- Sizcə, Cəlal "Arda"da əsas heyət üzvü ola bilər, yoxsa komandada rəqabət yüksəkdir?
- Biz Cəlalı komandaya əsas heyət oyunçusu kimi gətirmişik. Amma komandaya və mənim tələblərimə uyğunlaşması üçün bəlkə vaxt lazım olacaq. Hər halda, ona inanırıq.
- Onunla danışığınız necə alındı? Sizcə, dil problemi olmayacaqki?
- Bəli, onunla görüşdüm və danışdıq. Ondan nə tələb edəcəyim barədə söhbətimiz oldu. Bir-birimizi anladıq. Dillə bağlı problem olacağını düşünmürəm.
- Ümumiyyətlə, Azərbaycan futbolu və azərbaycanlı futbolçular haqda fikriniz necədir?
- Azərbaycan futbolu ilə bağlı çox müşahidəm olmayıb. Amma gördüklərimə və eşitdiklərimə görə, Azərbaycan futbolu inkişafa doğru gedir. Bu da sevindiricidir.
- Bolqarıstan çempionatı Hüseynov üçün tramplin rolunu oynaya bilər? Gələcəkdə onu Avropa klublarına böyük məbləğə satmağınız mümkündür?
- Əlbəttə, məncə Cəlal bunu bacaracaq. Gələcəkdə daha güclü liqalara getməsi də mümkündür. Hər şey özündən asılıdır.
Mirbağırağa
saytlarin hazirlanmasi