Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov "Arda"da debüt edib.
Sportal.az xəbər verir ki, o, "Maritsa"ya qarşı keçirilmiş yoxlama matçında meydana çıxıb.
20 yaşlı futbolçu start heyətində yer alıb. Görüş Hüseynovun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Cəlal Hüseynov Kırcaali təmsilçisi ilə üç illik müqaviləyə qol çəkib.
saytlarin hazirlanmasi