Azərbaycan millisinin üzvü Coşqun Diniyev karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Ümraniyespor" yarımmüdafiəçinin transferini açıqlayıb.
Diniyev tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, başa çatan mövsümü "Zirə"də keçirmiş Coşqun üç gün öncə "Səbail"lə rəsmi müqavilə imzalamışdı. Amma klub onun "Ümraniyespor"dan aldığı təklifi dəyərləndirməsinə mane olmayıb. Adıçəkilən klub Superliqadakı yerini itirib və yeni mövsümdən birinci divizionda oynayacaq.
saytlarin hazirlanmasi