Daha bir idmançınız Paris-2024-ə vəsiqə qazandı

22:18 - 12 İyul 2023

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Səid Nəcəfzadə Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında uzunluğa tullanma növündə 7.11 m nəticə göstərərək dünya çempionatının bürünc medalına sahib çıxıb.

Sportal.az xəbər verir ki, bununla Nəcəfzadə Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, daha öncə milli komandanın üzvləri Lamiyə Vəliyeva və Oloxan Musayev Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

Xəbər xətti