İngiltərənin "Aston Villa klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Birmingem təmsilçisi "Vilyarreal"ın müdafiəçisi Pau Torresi rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Aston Villa" ispan futbolçu üçün "Vilyarreal"a 32,5 milyon avro təzminat ödəyib. Premyer Liqa təmsilçisi 26 yaşlı arxa xətt oyunçusu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Vilyarreal" Pau Torresi 2019-cu ilin yayında "Malaqa"dan transfer etmişdi. İspaniya millisinin üzvü son mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi