PSJ-dən ayrılan Serxio Ramos karyerasını Cənubi Amerikada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Flamenqo" 37 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. Braziliya klubu artıq ispan futbolçu ilə danışıqlara başlayıb.
"Flamenqo" rəhbərliyi təcrübəli arxa xətt oyunçusunu Libertadores kubokunun 1/8 final mərhələsinin oyunu üçün sifariş ərizəsinə salmaq istəyir.
Qeyd edək ki, Serxio Ramos 2021-ci ilin yayından PSJ-də çıxış edirdi. İspaniya millisinin sabiq üzvü Paris təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 6 qol vurub.
saytlarin hazirlanmasi