Almaniya millisinin üzvü "İnter"də - RƏSMİ

13:34 - 13 İyul 2023

İtaliyanın "İnter" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Milan təmsilçisi Danimarkanın "Orxus" klubundan Yann Bisseki transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"İnter" 22 yaşlı arxa xətt oyunçusu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb. A Seriyası təmsilçisi Almaniya U-21 millisinin üzvü üçün qarşı tərəfə 7 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Orxus" Yann Bisseki 2022-ci ilin yayında "Köln"dən transfer etmişdi. Almaniyalı mərkəz müdafiəçisi komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti