Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Asiya təmsilçisi "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Əl Hilal" 28 yaşlı orta xətt oyunçusu üçün İtaliya klubuna 40 milyon avro təzminat ödəyib. Serb futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Onun illik maaşı 20 milyon avro olacaq.
"Latsio" Sergey Milinkoviç-Saviçi 2015-ci ilin yayında "Genk"dən transfer edib. Serbiya millisinin üzvü son mövsümdə Roma təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Xalidu Kulibali və Ruben Neveş "Əl Hilal"da çıxış edir.
saytlarin hazirlanmasi