Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" Konfrans Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Ararat"ın qonağıdır.
Sportal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü dünən Albaniya təmsilçisi ilə birlikdə Ermənistana gedib. 28 yaşlı vinger bu gün komanda yoldaşları ilə birlikdə İrəvanda şəhər gəzintisində iştirak edib.
Qeyd edək ki, "Ararat" - "Eqnatia" qarşılaşması bu gün Bakı vaxtilə saat 19:00-da baş tutacaq.
saytlarin hazirlanmasi