Vüsal isgəndərli: "Ermənilər bilirdilər ki, azərbaycanlıyam"

14:26 - 13 İyul 2023

Albaniyanın "Eqnatia" klubunun üzvü Vüsal İsgəndərli Konfrans Liqası I təsnifat mərhələsinin "Ararat"la oyunu üçün Ermənistana gedib.

28 yaşlı yarımmüdafiəçi İrəvana səfəri haqda Sportal.az saytına açıqlama verib. Millimizin sabiq üzvü problem yaşamadığını bildirib:

"İrəvan köhnə şəhərdi. Burada binalar köhnədir. Ermənilər bilirdilər ki, azərbaycanlıyam. Hava limanına girəndən hamının baxışlarını görürdüm. Hər hansı problem yaranmadı. Sadəcə insanların yanlarından keçəndə nəsə sözlər deyirdilər".

Xəbər xətti