UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün 29 qarşılaşma keçiriləcək. Bu raundda "Sabah" və "Neftçi"nin II təsnifat mərhələsindəki potensial rəqibləri ilk oyunlarına çıxacaqlar.
"Sabah"ın potensial rəqibləri olan "Makedoniya" (Şimali Makedoniya) və RFŞ (Latviya) arasındakı oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
"Neftçi"nin potensial rəqibləri "Jelezniçar" (Bosniya və Herseqovina) və "Dinamo" (Minsk, Belarus) komandaları isə Bakı vaxtı ilə saat 22:30-da üz-üzə gələcəklər.
saytlarin hazirlanmasi