"Dinamo"nun baş məşqçisi Emreliyə superkubokda şans verəcək

17:56 - 13 İyul 2023

Bu həftənin sonunda “Dinamo” (Zaqreb) “Hayduk”la Xorvatiya Superkuboku uğrunda matça çıxacaq.

Sportal.az xəbər verir ki, Zaqreb klubunun baş məşqçisi İqor Bişçan bu görüşdə milli komandamızın forvardı Mahir Emreliyə də şans verə bilər.

Məlumata görə, Xorvatiya çempionunun çalışdırıcısı Emrelini əsas forvard hesab edir. Başa çatan mövsümü "Konyaspor"da icarə əsasında keçirmiş Mahirin yeni mövsümə "Dinamo"da başlamaq ehtimalı yüksəkdir. Xəbər verdiyimzi kimi, Xorvatiya nəhənginin hazırkı baş məşqçisi İqor Bişçan Mahirin komandada saxlanılmasını rəhbərlikdən istəyib. Halbuki, futbolçuya bir çox klublardan təklif gəlib.

"Dinamo" - “Hayduk” görüşü iyulun 15-də “Maksimir” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 

Xəbər xətti