İsveçin "Yurqorden" klubunun baş məşqçisi Tomas Laqerlef Musa Qurbanlı haqda danışıb.
Sportal.az xəbər verir ki, "Expressen"ə açıqlamasında o, azərbaycanlı forvardın çempionatının 15-ci turunun “Malmö”yə qarşı oyununda iştirakının mümkünlüyü haqda fikirlərini bölüşüb:
"Malmö" ilə oyuna qədər bütün sənədlər hazır olsa, o zaman Musa Qurbanlı və Feliks Vanın oynayıb-oynamaması dəqiqləşəcək. Aydındır ki, bu, ümumilikdə vəziyyətdən və bəzi digər məqamlardan asılıdır. Amma oynamağa hazır olsalar, hər halda, onları meydançaya buraxmaq variantlarını götür-qoy etmək mümkündür".
Laqerlef yeni transferlərin fiziki durumundan danışarkən Musanı xüsusi qiymətləndirib: "Məncə, Musanın bu baxımdan üstünlüyü var. O, məşq edib və millinin düşərgəsində olub. Amma bu, mən onu şəxsən görməmişdən əvvəl idi. Musa daha çox komandada görmək istədiyim oyunçu idi. O, əsl doqquz nömrədir, həmişə cərimə meydançasında fürsət axtarır. Daim qol vura biləcəyi sahələr axtarır. Musa zəhmətkeş, yaxşı “fizikası” olan, formalaşmış, bacarıqlı futbolçudur. O, başı ilə qol vura bilir, həm sağ, həm də sol ayaqları ilə yaxşıdır".
Mirbağırağa
saytlarin hazirlanmasi