Türkiyənin "Adana Demirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Luis Nanini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Adana klubu portuqaliyalı vingerlə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Luis Nani son mövsümü Avstraliyanın "Melburn Siti" klubunda keçirib. 36 yaşlı ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi