İngiltərənin "Arsenal" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Ayaks"dan Yurrien Timberi rənglərinə bağlayıb. Bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.
"Arsenal" 22 yaşlı mərkəz müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Premyer Liqa təmsilçisi arxa xətt oyunçusu üçün klubuna 40+5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Yurrien Timber "Ayaks"ın yetirməsidir. Niderland millisinin üzvü son mövsümdə Amsterdam təmsilçisinin heyətində 47 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi