Almaniyanın "Leyptsiq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Lans"ın hücumçusu Loi Opendanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Leyptsiq" belçikalı hücumçu üçün Fransa klubuna 45 milyon avro təzminat ödəyib. 23 yaşlı forvard yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Lans" Loi Opendanı 2022-ci ilin yayında "Brügge"dən transfer etmişdi. Belçika U-21 millisinin üzvü son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi