"Ayaks" kapitanla yollarını ayırdı

09:57 - 15 İyul 2023

Niderlandın "Ayaks" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi kapitanı Duşan Tadiçlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı vingerin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Ayaks" Duşan Tadiçi 2018-ci ilin yayında "Sauthempton"dan transfer etmişdi. Serbiyalı ön xətt oyunçusu amsterdamlıların heyətində meydana çıxdığı 241 rəsmi matçda 105 qol və 112 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti