Arturo Vidalın yeni klubu bəlli oldu

11:53 - 15 İyul 2023

Çilili futbolçu Arturo Vidal "Flamenqo"dan ayrılıb.

Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi yenə karyerasını Braziliyada davam etdirəcək. Təcrübəli oyunçu "Atletiko Paranaense" ilə 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, Arturo Vidal 2022-ci ilin yayından "Flamenqo"da çıxış edirdi. O, komandanın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti