"Arsenal"dan 100 milyon avroluq transfer

16:54 - 15 İyul 2023

İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "topçular""Vest Hem"in yarımmüdafiəçisi Deklan Raysı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Arsenal" 24 yaşlı orta xətt oyunçusu üçün klubuna 100+5 milyon avro ödəyəcək. Bununla da Rays ən bahalı ingilis futbolçu olub. İngiltərə millisinin üzvü yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Futbolçu 41 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Vest Hem" Deklan Raysı 2013-cü ildə "Çelsi" akademiyasından heyətinə qatmışdı. O,komandanın heyətində keçirdiyi 278 rəsmi matçda 15 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti