Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya Super Kuboku uğrunda matça çıxır.
Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi həlledici görüşdə "Hayduk"la üz-üzə gəlir.
Komandaların bu oyunda meydana çıxacağı start heyətlər müəyyənləşib. Azərbaycanlı hücumçu qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq.
Qeyd edək ki, "Dinamo" - "Hayduk" matçı Bakı vaxtilə saat 22:00-da başlayacaq.
saytlarin hazirlanmasi