Basketbol üzrə Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatının B divizionunda növbəti oyunu keçirib.
Sportal.az xəbər verir ki, C qrupunu sonuncu pillədə tamamlayan yığmamız 17-20-ci yerlər uğrunda oyunda Slovakiya seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 61:47 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz növbəti oyununu iyulun 16-da Albaniya seçməsinə qarşı keçirəcək.
saytlarin hazirlanmasi