Azərbaycanlı futbolçu derbidə qol vurub əsgər salamı verdi - VİDEO

20:53 - 28 Sentyabr 2023

Futbol üzrə Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə "Krumovqrad"la qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da Kırcalı derbisinin iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Gənc oyunçu komandasının ilk qolunun müəllifi olub.

Millimizin üzvü qol sevincini əsgər salamı ilə qeyd edib, O, qolunu ntiterror əməliyyatında şəhid olmuş hərbi qulluqçularımıza həsr edib.

9 oyun keçirən "Arda" 19 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

https://t.me/sportalaz/17598

Xəbər xətti