Futbol üzrə Türkiyə Qadınlar Liqasında 12-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kristina Bakarandzenin formasını geyindiyi "Qalatasaray" doğma meydanda "Fomget"i qəbul edib. Qarşılaşma "sarı-qırmızılar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Kristina Bakarandze də bu görüşün iştirakçısı olub. Millimizin üzvü komandasının ilk qolunu vurub.
Xallarını 33-ə yüksəldən "Qalatasaray" turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Qeyd edək ki, "Fomget"i Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov çalışdırır.
saytlarin hazirlanmasi