Futbol üzrə Albaniya çempionatında 15-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" doğma meydanda "Vlajniya"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı vinger start heyətdə meydana çıxıb. O, 41-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.
Xallarını 33-ə yüksəldən "Eqnatia" turnir cədvəlinin zirvəsində qərarlaşıb.
saytlarin hazirlanmasi