"Fənərbaxça" qış fasiləsində müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Atletiko"da çıxış edən Çağıar Söyüncüdür. Bu barədə "TRT Spor" məlumat yayıb.
"Fənərbaxça" Türkiyə millisinin üzvünü icarəyə götürmək istəyir. "Sarı-lacivərtlilər"in bu transferdə xeyli irəliləyiş əldə etdiyi bildirilir.
Qeyd edək ki, Çağlar Söyüncü "Lester Siti" ilə müqaviləsi bitdikdən sonra bu ilin yayında azad agent statusu ilə "Atletiko"ya keçib. 27 yaşlı mərkəz müdafiəçisi Madrid təmsilçisinin heyətində 5 rəsmi matçda cəmi 75 dəqiqə forma şansı qazanıb.
saytlarin hazirlanmasi