"Qarabağ"la oyundan sonra istefa verəcək

12:29 - 9 Dekabr 2023

"Hekken"in baş məşqçisi Per-Matias Hoqmo istefa verəcək.

Sportal.az xəbər verir ki, 64 yaşlı mütəxəssis UEFA Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunundan sonra postunu tərk edəcək. Bu barədə norveçli mütəxəssis İsveç mətbuatına açıqlamasında deyib.

Təcrübəli məşqçi bundan sonra Yaponiyanın "Urava Red Diamonds" klubuna başçılıq edəcək.

Qeyd edək ki, "Qarabağ" – "Hekken" qarşılaşması 14 dekabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti