"Barselona" Çempionşipdən futbolçu istəyir

15:12 - 9 Dekabr 2023

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Lester Siti"də çıxış edən Vilfred Ndidinin xidmətində maraqlıdır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

"Barselona" mövsümün sonunda klubu ilə müqaviləsi başa çatan nigeriyalı yarımmüdafiəçini yanvar ayında transfer etmək istəyir.

Qeyd edək ki, Vilfred Ndidi cari mövsümdə "Lester Siti"nin heyətində Çempionşipdə meydana çıxdığı 15 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti