"Mançester Siti" qış transfer pəncərəsi zamanı hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "Brügge"də çıxış edən Teycon Byukenendir. Bu barədə "Daily Star" nəşri məlumat yayıb.
"Şəhərlilər" 24 yaşlı vinger üçün yanvar ayında Belçika klubuna 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Brügge" Teycon Byukeneni ötən ilin yanvar ayında "Nyu İnqlend" klubundan transfer edib. Kanadalı ön xətt oyunçusu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi