II Liqa: "Şahdağ Qusar"dan darmadağın, "Cəbrayıl" "Göygöl"ə uduzdu

15:55 - 11 Dekabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında XIV tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Şahdağ Qusar" səfərdə "Kürmük Qax"ı böyük hesabla məğlub edib. "Göygöl" - "Cəbrayıl" matçında isə ev sahibləri sevinib.

"Kürmük Qax" - "Şahdağ Qusar" 1:6
Qollar:
Vüqar Məmmədli, 66 (pen), Salman Altuxanov, 10, Tural Qurbatov, 51, 53, 57, 73, 90+1

"Göygöl" - "Cəbrayıl" 2:1
Qollar:
Ülvi Cəlilov, 6, Ziyabil Məmmədov, 90+1 - Tapdıq Əhmədov, 65

Xəbər xətti