Millimizin üzvü: "Türkiyədə gözəl işlərə imza atmaq istəyirəm"

14:54 - 12 Yanvar 2024

Türkiyənin "Manisa" klubuna keçən Sertan Taşkın açıqlama verib.

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi klubun mətbuat xidmətinə açıqlama verib. Azərbaycan milli komandasının üzvü xoşbəxt olduğunu bildirib:

"Manisa" Futbol Klubuna gəldiyim üçün çox xoşbəxtəm. Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacağam".

Qeyd edək ki, Sertan Taşkın "Manisa" klubu ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti