Azərbaycanlı futbolçu Türkiyədə debüt etdi, komandası qələbə qazandı

19:06 - 14 Yanvar 2024

Futbol üzrə Türkiyə I Liqasında 18-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının formasını geyindiyi "Manisa" doğma meydanda doğma meydanda "Kocaelispor"u qəbul edib.

Qarşılaşma Manisa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sərtan Taşkın da bu görüşün iştirakçısı olub. 26 yaşlı sağ cinah müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

18 turdan sonra 22 xal toplayan "Manisa" 18 komanda arasında turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Sərtan Taşkın iki gün əvvəl "Manisa" ilə 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti