"Kocaelispor"la razılıq əldə edən Ramil Şeydayevin yeni komandasına nə vaxt qoşulacağı məlum olub.
Sportal.az xəbər verir ki, "Buriram Yunayted"in hücumçusu sabah səhər saatlarında Türkiyədə olacaq. Bu barədə "demokratkocaeli.com" saytı məlumat yayıb.
Azərbaycanlı forvard Kocaeliyə gedib tibbi müayinədən keçdikdən sonra tərəflər arasında müqavilə imzalanacaq.
1,5 illik sözləşməyə qol şəkəcək Ramilin burada ümumi qazancı 850 min avro olacaq.
Qeyd edək ki, Ramil Şeydayev bu mövsüm "Buriram Yunayted"in heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi