Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Türkiyənin "Kocaelispor" klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı forvard imza mərasimində açıqlama verib. O, Türkiyə klubuna keçdiyinə görə xoşbəxt olduğunu bildirib:
"Buranı Rəşad Sadıqova görə tanıyırdım. Transfer proseduru vaxt apardı. Burada olduğuma görə çox xoşbəxtəm. Uğurlu mövsüm keçirmək istəyirəm. Türkiyədə və "Kocaelispor"da oynamaq məni həyəcanlandırır. Transferimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Mövsümün sonunda hamımız birlikdə sevinəcəyik".
Qeyd edək ki, Ramil Şeydayev son olaraq Tailandın "Buriram Yunayted" klubunun formasını geyinib.
saytlarin hazirlanmasi